Hansı bank etibarlıdır? - SORĞU
Ru
19:50 / 03 Dekabr 2024

Daha bir ölkə qarışdı: prezidentin qərarı xalqı ayağa qaldırdı -VİDEO

1765
Cənubi Koreyada hərbi vəziyyətin tətbiqinə etiraz edən vətəndaş izdihamı ölkə paytaxtında polis tərəfindən bloklanan parlament kompleksinin girişinə toplaşıb.

Bakupost.az xəbər verir ki, bu barədə YTN telekanalı məlumat yayıb.

Bildirilib ki, artıq bir neçə yüz insan əraziyə toplaşıb və insanlar gəlməkdə davam edir. Artıq polislə əhali arasında toqquşmalar başlayıb.

Aksiyaçılar prezident un Sok-Yelin hərəkətlərinə qarşı şüarlar səsləndirərək onu hərbi vəziyyəti ləğv etməyə və istefa verməyə çağırıb.

Cənubi Koreyanın aparıcı müxalif təşkilatı - "Toburo" Demokratik Partiyasının sədri Li Çje Myonq prezident Yun Sok-Yelin ölkədə hərbi vəziyyətin tətbiqi qərarını "konstitusiyaya zidd addım" adlandırıb. Partiya rəhbərliyi deputatlarını parlamentə çağırsa da, onlar parlament binasına daxil ola bilmirlər.

Koreya Respublikasının Quru Qoşunlarının Baş Qərargah rəisi, hərbi vəziyyətin tətbiqindən sonra komandir təyin edilən Pak An Su Milli Assambleyanın, siyasi partiyaların və birliklərin fəaliyyətinə, eləcə də mitinqlərin keçirilməsinə qadağa qoyub.

Bundan əlavə, YTN-nin məlumatına görə, bütün media və nəşrlər nəzarətə alınıb. Faktiki olaraq, hərbi senzura tətbiq edilib.


Zaur, BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar