Ru
21:18 / 03 Fevral 2025

Daha bir ölkədə Ebola həyəcanı

  Daha bir ölkədə Ebola həyəcanı
441

Uqandanın paytaxtı Kampalada Ebola epidemiyası elan edildikdən sonra Nigeriya virusun ölkəyə yayılma ehtimalı ilə bağlı həyəcan siqnalı verib.

Bakupost.az xarici mediaya istinadla xəbər verir ki, Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) direktoru Jide İdris Uqandada Ebola epidemiyasının elan edilməsindən sonra Nigeriyaya giriş məntəqələrində nəzarət tədbirlərinin artırıldığını bildirib.

Nigeriyada hələlik Ebolaya yoluxmanın qeydə alınmadığını deyən İdris buna rəğmən rəhbərlik etdiyi mərkəzin müvafiq nazirliklər, qurumlar və tərəfdaşlarla birgə xəstəliyi izləməyə davam etdiklərini bildirib.

İdris eləcə də, ölkədə Ebola vaksininin olmasa da virusun bəzi növlərinə qarşı peyvənd və müalicə üsullarının olduğunu bildirib.

Nilay, BakuPOST

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar