Polisin sosial şəbəkələrdə əxlaqsızlığın təbliğinə qarşı keçirdiyi əməliyyatla saxlanılan Duanna ləqəbli tiktoker xanım Duanna Quliyeva və Tosu ləqəbli tiktoker Məhərrəm Həsənov da həbs ediliblər.
Bakupost.az Bakues.az-a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə hər iki tiktoker Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə təqsirli bilinərək barələrində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, “TikTok” əməliyyatının istintaqı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində aparılır.