Ru
14:58 / 01 İyul 2024

Daha kimsə belə çirkli işlərlə məşğul olmağa risk etməyəcək - Açıqlama

2068
“Bu qərar əvvəllər bizim bir çoxumuzda suallar yaradan hərbi çağırış sahəsində müsbət dəyişikliklərə səbəb olacaq. Bildiyiniz kimi, bundan əvvəl Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həm çağırışçını müayinə edirdi, həm də onun hərbi xidmətə yararlı olub-olmaması barədə qərar verirdi. Bundan sonra Xidmət yalnız hərbçini çağıracaq, onun yararlı olub-olmaması, yaxud müalicəsi, möhlət hüququna dair qərarları Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya Agentliyi verəcək”.

Bunu Bakupost.az -a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.


Onun sözlərinə görə, bu qərar hərbi xidmətə çağırış sistemində əhəmiyyətli və müsbət dəyişikliklərə gətirib çıxaracaq:


"Düşünürəm ki, çağırış xidməti əməkdaşları və bu işə qoşulan həkimlərin həbsindən sonra daha kimsə belə çirkli işlərlə məşğul olmağa risk etməyəcək. Belə halların mövcud olduğunu dəfələrlə efirdə də səsləndirmişəm. Bu məsələdə ictimai fəal şəxslərdən biri olmuşam və şadam ki, bizim səsləndirdiyimiz bu xoşagəlməz halların qarşısını almaq üçün Ali Baş Komandanımız çox doğru qərar qəbul edib. Biz aidiyyatı qurumlarla birlikdə bu qərarın həyata keçirilməsinə nəzarət etməliyik”.


Qeyd edək ki, bu il iyulun 1-dən hərbi xidmətə çağırılan şəxslərin həkim müayinəsi Səfərbərlik və Çağırış üzrə Dövlət Xidmətinin həkim komissiyası deyil, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya Agentliyi təərfindən həyata keçirəcək.


Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər