Ru
21:06 / 02 İyul 2024

Damlaya görə İranda hoteli də möhurlədilər - VİDEO

2884
Müğənni Damla İranda hicab qaydalarına riayət etmədiyi üçün bir neçə məkan bağlanıb.

Bakupost.az xəbər verir ki, bu barədə Olay-a ifaçının prodüseri Şamil İbrahimov məlumat verib.

O bildirib ki, Damla Ərdəbildə toyda çıxış edib:

“Konsert deyil. Biz toya getmişdik. Toy yeri açıq havada idi, həyətdə baş tutdu. Biz qaldığımız beş ulduzlu hoteli möhürləyiblər. Bir də getdiyimiz gözəllik salonunu bağlayıblar. Mənim tanışlarım var, onlarla danışdım, deyildi ki, belə olub. Siz nə eşitmisinizsə, mən də onu eşitmişəm”.

Qeyd edək ki, bu gün Ərdəbil əyalətinin prokuroru Cəlal Afaqinin əmri ilə müğənni Damlanın çıxış etdiyi şadlıq sarayı da bağlanıb.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər