Ru
22:35 / 12 Mart 2025

“Danışıqlarda ağır kompromislərə getdik” - Ukraynalı spiker

“Danışıqlarda ağır kompromislərə getdik” - Ukraynalı spiker
Eye

Ukrayna nümayəndə heyəti Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ-la danışıqlar zamanı “ağır kompromislərə” razılaşıb.

Bakupost.az Qazeta.ru-ya istinadən xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiy bildirib.

O, əsas qərarların səkkiz saatlıq yorucu müzakirələrin son saatlarında qəbul edildiyini qeyd edib.

"Oyunun sonunda yorğunluq özünü hiss etdirəndə çıxılmaz vəziyyətdən çıxış yolu tapılır", Georgi Tixiy vurğulayıb.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp bəyan etmişdi ki, Ukraynada nizamlanma kontekstində təkcə atəşkəs məsələsi müzakirə olunmayıb.

Zaur,BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar