Ru
21:30 / 23 Sentyabr 2024

Daşkəsəndə avtomobil aşıb, ölən və xəsarət alan var

842
Daşkəsəndə dumanlı hava şəraiti ağır yol-nəqliyyat hadisəsinə səbəb olub.

Bakupost.az -ın "Report"a istinadla məlumatına görə, hadisə Əmirvar kəndində qeydə alınıb.

"UAZ" markalı avtomobilin aşması nəticəsində sürücü, 1992-ci il təvəllüdlü Eşqin Əhmədov aldığı xəsarətdən ölüb. Avtomobildə olan sərnişin, 1960-cı il təvəllüdlü Mehman İsrafilov müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar