Daşkəsəndə zəhərlənmə hadisəsi baş verib.
Bakupost.az -ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Alunitdağ qəsəbəsində qeydə alınıb.
1987-ci il təvəllüdlü Ş.Quliyev, 1990-cı il təvəllüdlü F.Quliyeva və 2013-cü il təvəllüldü F.Quliyev zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Onlara dərhal yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Məlumata görə, zəhərlənən şəxslər bir ailənin üzvləridir.
Onların qidadan zəhərləndiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.