Ru
11:09 / 04 Mart 2025

“Daşnaklar və revanşistlər Paşinyanı sıxırlar” - Açıqlama

“Daşnaklar və revanşistlər Paşinyanı sıxırlar” - Açıqlama
Eye

Paşinyan Qərb, ABŞ və Rusiya ilə hara gedəcəyini müəyyənləşdirməyə çalışır. Bu qeyri-real və dağınıq siyasət hal-hazırda Ermənistanı çətin duruma salıb. Gələn il Ermənistanda parlament seçkiləridir. Paşinyan daxili auditoriyanı da fəallaşdırmağa çalışır. Daxildə hələ də revanşistlər mövcuddur”.

Bakupost.az xəbər verir ki, bunu millət vəkili Vüqar İskəndərov bildirib.

Onun sözlərinə görə, daşnaklar və digər qisasçı qüvvələr Paşinyanı sıxırlar. Bu mənada onun çətin vəziyyətdə olduğu bəllidir:


“Paşinyanın yeganə nicat yolu , Azərbaycan və Türkiyə ilə xoş münasibətlərdən keçir. Aydınlığa çıxmaq istəyən ölkə bunları nəzərə almalıdr. Rəsmi İrəvan zamanı itirmədən, sülh müqaviləsinin imzalanması üçün real addımlar atmalıdır".

V.İskəndərov vurğulayıb ki, Azərbaycan Ermənistana sülh əlini uzatdı və bununla bağlı şərtləri irəli sürdü:

"Artıq müharibənin başa çatmasından 5 il ötməsinə baxmayaraq, Ermənistan bu və ya digər formada sülh müqaviləsinin bağlanması üçün zamanı uzadıb, paralel olaraq sülhdən danışa-danışa silahlanır, arsenalını zənginləşdirməyə çalışır. Bu isə sülhdən danışan Ermənistanın realda bundan qaçdığını açıq-aydın büruzə verir".

Sevinc,
BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar