Ru
15:18 / 01 İyul 2024

Daşqınlar İsveçrə və İtaliyada həyatı iflic etdi - FOTO

825
İsveçrə və İtaliyada baş verən daşqınlar həyatı iflic edib.

Bakupost.az xarici mediaya istinadla xəbər verir ki, daşqınlar, tufanlar və torpaq sürüşmələri kimi pis hava şəraiti İsveçrənin cənubundakı bölgələri vurub.

Fırtınanın yaratdığı sürüşmə nəticəsində körpü uçub. İki nəfər həyatını itirib, bir nəfər isə itkin düşüb. İtkin düşmüş şəxslərin axtarışları davam edir. Xilasetmə işləri xüsusilə pis hava şəraiti səbəbindən çətinləşib, elektrik enerjisi kəsilib.
Səlahiyyətlilər evlərin boşaldılması xəbərdarlığını ediblər.

Daşqınlar Şimali İtaliyanın müxtəlif bölgələrini də vurub.

Daşan çaylar, tufan və torpaq sürüşmələri səbəbindən bir çox kəndlərdə həyat iflic olub, onlarla insan təxliyə edilib. Orko çayının sularının qalxması səbəbindən avtomobilində sıxışıb qalan 2 böyük və 3 aylıq qız uşağının xilas edildiyi açıqlanıb.


Elnur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər