Ru
09:56 / 20 Yanvar 2025

Davos Forumu başlayır - 130 ölkədən nümayəndələr toplaşır

Davos Forumu başlayır - 130 ölkədən nümayəndələr toplaşır
654

Bu gün İsveçrənin Davos şəhərində illik Dünya İqtisadi Forum öz işinə başlayacaq.

Bakupost.az xəbər verir ki, yanvarın 24-dək dünyanın müxtəlif ölkələrindən olan liderlər əsas qlobal problemləri və 2025-ci il üçün prioritetləri müzakirə edəcəklər.

Forumda 130-dan çox ölkədən 350 hökumət nümayəndəsi, o cümlədən 60 dövlət və hökumət başçısı işgtirak edəcək.

ABŞ prezidenti Donald Tramp, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Almaniya kansleri Olaf Şolz, Avropa Parlamentinin sədri Roberta Mezzola, İsrail prezidenti İsaak Hersoq, Fələstin Muxtariyyətinin Baş naziri Məhəmməd Mustafa, İranın vitse-prezidenti Məhəmməd Cavad Zərif, Suriyanın müvəqqəti xarici işlər naziri Əsəd əl-Şeybaninin tədbirə qatılacağı qeyd edilir.

Dünya İqtisadi Forumunun rəsmi saytının məlumatına görə, konfransda

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın da iştirak edəcəyi gözlənilir.

Forumda həmçinin biznes, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti, elm, media və incəsənət nümayəndələri iştirak edəcək.

Tədbirdə ümumilikdə 3 min adam iştirak edəcək.

Forumda qlobal iqtisadiyyatda yeni artım mənbələri, əsas geoiqtisadi və texnoloji dəyişiklikləri nəzərə almaqla biznes strategiyalarının uyğunlaşdırılması, insan kapitalının inkişafına investisiya qoyuluşu və cəmiyyətin inkişafına töhfə verən iş yerlərinin yaradılması, ekoloji təmiz texnologiyaların tətbiqi, beynəlxalq səviyyədə həll yollarını inkişaf etdirmək üçün əməkdaşlıq etmək üçün yeni yollar tapmaq kimi məsələlər gündəmə çıxarılacaq.

Digər əsas mövzu süni intellekt olacaq – forumda onun tənzimlənməsi məsələləri qaldırılacaq.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar