Rusiyanın Çelyabinsk şəhərində polis əməkdaşları huşunu itirmiş yaşlı qadını soymaqda şübhəli bilinən yerli sakini saxlayıb.
Bakupost.az "Qazeta"ya istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsi məlumat yayıb.
67 yaşlı yerli sakin hüquq-mühafizə orqanlarına müraciət edib. Qadın ictimai nəqliyyat dayanacağında huşunu itirdiyini bildirib. Bir kişi zərərçəkənə yaxınlaşaraq skamyada oturmasına kömək edib, sonra isə qadının köməksiz vəziyyətindən istifadə edərək pul kisəsini oğurlayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları soyğunçuluqda şübhəli bilinən şəxsi saxlayıb. Onun əvvəllər məhkum olunmuş 41 yaşlı yerli sakin olduğu məlum olub. Həmin şəxs barəsində cinayət işi açılıb və o, müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.
Zaur,BakuPost