Ru
13:19 / 18 Mart 2025

Dayısının obyektini qəsdən yandırdı

Dayısının obyektini qəsdən yandırdı
Eye

Ucarda bacıoğlu dayısının mağazasını yandırıb.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Alpout kəndində baş verib.

Kənd sakini, 1965-ci il təvəllüdlü Musa Qalib oğlu Əhmədova məxsus, ümumi sahəsi 500 kvadratmetr olan ərzaq mağazasında güclü yanğın baş verib.

Hadisə zamanı tikilinin 440 kvadratmetri əşyaları ilə birlikdə yanıb. Mağazanın sahibinin sözlərinə görə, bir neçə firmaya məxsus 17 soyuducu və ərzaq məhsulları yanaraq yararsız vəziyyətə düşüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Ucar Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində mağazanın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

M.Əhmədovun bacısı oğlu, 1978-ci il təvəllüdlü İlham Abbas oğlu Həsənov mağazanı qəsdən yandırdığını etiraf edib. O, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar