Ru
14:44 / 19 Fevral 2025

DDLA hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq etdi

DDLA hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq etdi
763

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Bakupost.az xəbər verir ki, bununla bağlı, Agentliyin İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Pərvanə İmanova məlumat verib


Xəbərdarlığa əsasən, fevralın 20-dən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi fevralın 22-si səhər saatlarına kimi davam edəcək.

Həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-28 m/s, fevralın 21-də açıq dənizdə isə arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyü: 2.0-3.0 m, sonrakı inkişafda 5.0-7.0 m.çatacağı proqnozlaşdırılır.



Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar