"Dədə Qorqud" serialı ilə bağlı layihənin həyata keçirilməsi istiqamətində müvafiq işlər aparılır.
Bakupost.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib .
Reklamınızı SmartBee ilə effektiv edin.
Bildirilib ki, Xalq yazıçısı Anar tərəfindən təqdim edilmiş ssenarinin qiymətləndirilməsi və maliyyə qaynaqlarının tapılması məsələlərinin həlli məqsədilə müzakirələr gedir.
"Bu proseslər tamamlandıqdan sonra serialın çəkilişi ilə bağlı növbəti mərhələlər müəyyənləşdiriləcək və yekun qərar ictimaiyyətə açıqlanacaq", - açıqlamada bildirilib.
Qeyd edək ki, 2013-cü ilin dekabrın 28-də Azərbaycan Respublikası Prezidenti "Dədə Qorqud" dastanı əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi ilə bağlı Sərəncam imzalayıb.