Samuxda oğlunun baltaladığı kişi danışıb.
Bakupost.az xəbər verir ki, "Unikal"a açıqlama verən Asif Zeynalov bildirib ki, gecə yatan zaman oğlu onu baltalayıb.
"Mən yatmışdım, birdən gördüm mənə balta dəydi. Məndə tez qalxdım. Gördüm ki, vuran oğlumdur. Mənə dedi ki, yaxşı eləyib vurmuşam. O, hadisədən sonra çıxıb getdi.
Oğlum ruhi-əsəb xəstəsidir. Bakı şəhərində Maştağada Psixiatriya Xəstəxanasınada müalicə alırdı. 5 aydır gəlib. Bir evdə yaşayırıq. Otağın birində mən, digərində isə oğlum qalır. Hər şeyini mən alıram. Pul istəyəndə vermişəm. Pulu olan kimi araq alıb içir. Oğlum son zamanlar pis vərdişlərə qurşanıb".
A.Zeynalov qeyd edib ki, oğlu ailəli olub.Bir neçə il bundan əvvəl ailəsi ondan ayrılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş Eşqin Qasımov bildirib ki oğulun atasınına balta ilə xəsarət yetirməsi ilə bağlı Samux rayon polis şöbəsində araşdırmaya başlanıb. Müvafiq ekspertiza təyin edilib, həmin ekspertizaların rəyindən və araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.