Ru
17:47 / 22 Noyabr 2024

Dəfnə gedənlər qəzaya düşdü: 29 yaralı - FOTO

Dəfnə gedənlər qəzaya düşdü: 29 yaralı - FOTO
Eye


Türkiyədə Çankırı bölgəsində avtobusun aşması nəticəsində 29 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Bakupost.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Çankırı-Kızılırmak avtomobil yolunun Dedeköy ərazisində baş verib.

İlkin məlumata görə, A.K.-nın idarə etdiyi mikroavtobus yol kənarındakı çökəyə aşıb.

Sərnişinlərin İstanbuldan yola çıxaraq yaxınlarının dəfnində iştirak etmək üçün Çoruma getdiyi məlum olub.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə dərhal polis, yanğınsöndürən, AFAD və təcili yardım qrupları cəlb edilib.

Yaralanan 29 nəfər Çankırıda yerləşən müxtəlif xəstəxanalara çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Lalə, BakuPost



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar