Ru
12:55 / 27 İyun 2024

Dəhşətli istilər - 6 gündə 568 nəfər öldü

1971
Pakistanda istilər 6 gündə 568 nəfərin ölümünə səbəb olub.

Bakupost.az xəbər verir ki, Pakistanın Sind əyalətinin Kəraçi şəhərində 40 dərəcədən yuxarı temperatur qeydə alınıb.

Şəhərdə havanın temperaturu yüksək rütubətlə birlikdə 49 dərəcəyə qalxdığından can itkisi artır.

Həddindən artıq istilər səbəbindən gündə 30-40 nəfərin cəsədinin şəhər meyitxanasına gətirildiyi, son 6 gündə 568 nəfərin həyatını itirdiyi bildirilib.

Qeyd olunur ki, ölümlərdən 141-i təkcə çərşənbə axşamı günü baş verib.

Təcili xidmət rəhbəri Dr. İmran Sərvər Şeyx bildirib ki, bazar günündən cümə axşamına kimi Kəraçi Mülki Xəstəxanasına istilik vurması ilə 267 nəfər müraciət edib və onlardan 12-si dünyasını dəyişib.

"Xəstəxanaya gələnlərin çoxu 60-70 yaşlarında idi, lakin 45, hətta 20 yaşlarında olan cütlük də var idi. Gördüyümüz insanların çoxu çöldə işləyirdi. Onlara bol su içmələrini və istidə yüngül paltar geyinmələri məsləhət görülür”, - Şeyx deyib. dedi.

Pakistanda soyutma mərkəzləri və düşərgələr yaradılıb.


Elnur
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər