Ru
11:27 / 24 Yanvar 2025

Dələduzlar adına 18 mindən çox kredit götürdülər - VİDEO

Dələduzlar adına 18 mindən çox kredit götürdülər - VİDEO
961

Balakən şəhər sakini Ülkər Qurbanovanın mobil operator adı ilə gələn zəngə cavab verməsi ona sözün əsl mənasında baha başa gəlib.

Bakupost.az ATV-yə istinadən xəbər verir ki, dekabrın 9-da gənc xanıma zəng gəlib. Özünü mobil operator nümayəndəsi kimi təqdim edən şəxs ona 5G xidmətinə qoşulmaq üçün üztanıma tətbiqini aktiv etməsini deyib. Bundan sonra onun telefona girişi məhdudlaşıb.

Baş verənlərdən şübhələnən Ülkər Qurbanova dərhal banka zəng edərək kartları ilə bağlı narahatlığını bildirib. Ona hər şeyin qaydasında olduğu deyilib:

“Telefonum hələ də düzəlmədiyi üçün banka getdim. Orada məlumat aldım ki, kredit artıq adıma oturub. 18 828 manat məbləğində kreditdir və aylıq ödəniş 529 manat 30 qəpikdir”.

Zərərçəkən xanım Balakən Rayon Mərkəzi Xəstəxanasında işləyir və cəmi 500 manat məvacib alır. Maraqlıdır ki, adına götürülən kreditə görə aylıq məvacibindən də artıq ödəniş tələb olunur.

Ülkər Qurbanova aldadıldığını bilən kimi həm banka, həm də polisə rəsmi şəkildə müraciət edib. Bankdan onun müraciəti əsasında hesablarının dondurulduğu bildirilsə də, bir gün sonra köçürmə icra olunub. Hətta götürülən kreditdən xanımın həmin banka olan 5096 manat borcu da silinib.

Zərərçəkən xanım çıxılmaz vəziyyətdədir. Belə olduğu halda nə etməli?

Hüquqşünas Cavid Cəfərov bildirib ki, bu halda polis orqanları məhkəmə qərarı ilə banka sorğu göndərməlidir:

“Həmin bankdan çıxmış əmanətlərin hansı hesaba oturulması tapılmalı və hesabın kimə məxsus olması müəyyən edilərək o şəxslər məsuliyyətə cəlb edilməlidir. Bu cinayəti törədən şəxslərin əməllərinə görə 1 ildən 3 ilə qədər azadlığının məhdudlaşdırılması və ya 2 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur”.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar