Ru
15:47 / 02 İyul 2024

"Dələduzlarla vuruşmaq fikrim yoxdur" - Sərdar Cəlaloğlu seçkidən danışdı

2145
"İyulun 4-də partiyanın Ali Məclisinin iclasını çağıracağıq. Orda həm namizədləri təsdiq edəcəyik, həm də seçkiylə bağlı müzakirələrimiz olacaq".


Bunu Bakupost.az -a açıqlamasında Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.


Özünün hansı dairədən namizəd olacağına gəlincə, S.Cəlaloğlu hələlik belə bir fikrinin olmadığını bildirib:

“Açıq şəkildə bilsəm ki, konkret bir dairədə saxtalaşdırma olmayacaq, onda namizədliyimi irəli sürə bilərəm. Özümə arxayınam. Azərbaycanda elə bir alternativim yoxdur ki, ona qalib gələ bilməyim. Yoxsa, gedib orda dələduzlarla vuruşmaq fikrim yoxdur".


Seçki dövründə müxalifət partiyaları arasında əməkdaşlığın mümkün olub-olmaması haqda suala cavabında isə S.Cəlaloğlu Azərbaycanın yaxın tarixində heç vaxt bu əməkdaşlığın müsbət nəticəsini görmədiyini deyib:


“Hətta ittifaq yaradan qüvvələr belə bir-birinə badalaq gəlir, üzərlərinə düşən öhdəlikləri yerinə yetirmir. Ona görə də düşünmürəm ki, bu seçkilərdə həmin partiyalar bir-birilə əməkdaşlıq etsin”.


Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər