Ru
12:09 / 08 Yanvar 2025

Delimitasiya Komissiyasının iclası keçiriləcək - Paşinyanın müavini

Delimitasiya Komissiyasının iclası keçiriləcək - Paşinyanın müavini
798

Yaxın vaxtlarda Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə hökumətlərarası komissiyasının iclası keçiriləcək, lakin dəqiq tarix məlum deyil.

Bakupost.az Ermənistan KİV-ə istinadla xəbər verir ki, bu barədə Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryanın Aparatından bildirilib.

Qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bildirib ki, bu ay, Azərbaycanın təşəbbüsü və təklifi ilə delimitasiya məsələsini davam etdirmək üçün delimitasiya üzrə Azərbaycan və Ermənistan komissiyalarının növbəti görüşü olmalıdır.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar