Şirvan şəhərində 21 yaşlı qadın dəm qazından zəhərlənib.
Bakupost.az -ın əldə etdiyi məlumata görə, həmin şəxs 2003-cü il təvəllüdlü İmanova Xanım Eyvaz qızıdır.
Vəziyyəti ağır olduğundan o, Bakıya gətirilib və 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, X.İmanovanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Elnur, BakuPost