Ru
19:42 / 20 Sentyabr 2024

"Dəmir yumruğ"un Zəfəri - Suverenliyin ilk ili

803

İqbal Səfərov, Silahlı Qüvvələrin zabiti, Dövlət Gömrük Komitəsinin əməkdaşı

Keçən il antiterror əməliyyatlarında iştirak etmək üçün Səfərbərlik İdarəsindən məni də çağırmışdılar.

Yaşadığım ömrə 3 dəfə müharibədə iştirak etmək qismət olub. ( 2020 və sonrakı dövrlərdə bəzi əməliyyatlar)

Dördüncündə iştirak etmək üçün formamı geyinib, evdəkilərlə, yaxınlarımla sağollaşıb, halallaşıb Səfərbərlik İdarəsinə getdim.

Sənədlərim hazırlandı, möhürləndi... İrəlidə düşmənə qan udduran Komando birliklərinə əməliyyat və kəşfiyyat komandiri kimi qatılmaq üçün tam hazır vəziyyətdə yola çıxırdım ki, düşmənin ağ bayraq qaldıraraq igid oğullarımızın qarşısında diz çökdüyünün, təslim olduğunun xəbəri gəldi...
Sevincimizdən nə edəcəyimizi bilmirdik...

Düzdü, sevinirdik, amma ön xətdə ən yaxınlarımı itirmişdim. Müharibə yenə bizlərdən canlar almışdı...Bir yandan bunun üzüntüsünü də yaşayırdım. Həyatın qisməti, neyləmək olar?!
Əgər azadlıq, suverenlik istəyiriksə, belə halları nəzərə almalıyıq. Zatən almışdıq.

Bəli, düşmən tamamən təslim olmuş, işğal altında olan bütün torpaqlarımız azad olunmuşdu.
Etiraf edim ki, bunlar o dövr üçün inanılması o qədər çətin hadisələr idi ki...Xankəndi düşməndən təmizlənəcək, Arayiklər " arzu etdikləri " kimi Bakımıza gələcək...

Sanki yuxu idi...Cənab Ali Baş Komandan tarixə öz imzasını atmağı bacarmış, ata vəsiyyətini tamamən yerinə yetirmiş, Azərbaycan son yüzilliklər ərzində ilk dəfə idi ki, torpaq itirməmişdi. Zəfər "Dəmir yumruğ"un - bütöv və suveren Azərbaycanın olmuşdu.

Yıxıldıq, durduq, yorulduq, susadıq, ac qaldıq, yağışda, soyuqda titrədik, dişlərimiz dişlərimizə dəydi, hətta itkin də düşdük....Yəqin belə məsləhətmiş ki, sağ qaldıq. Qismət!

Dostlar, qardaşlar, doğmalar itirdik... Ürəyimiz ağrısa da, " Vətən Sağ Olsun " deyib yolumuza davam etdik...Zəfərə, zəfərlərə addımladıq.

Və nəhayət...Bütöv, azad, suveren Azərbaycan!
Bu günümüzə min şükürlər olsun!

Təşəkkürlər, Cənab Ali Baş Komandan!
Təşəkkürlər, Müzəffər Azərbaycan Ordusu!
TƏŞƏKKÜRLƏR, AZƏRBAYCAN XALQI!

Və ən əsası canlarından keçənlərimiz. Əminəm ki, ruhunuz şaddır.

Bu gün, 20 sentyabr artıq rəsmi qaydada suverenliyimizin ilk ilidir. Rahat uyuyun, bu Vətəni Vətən edənlər!

Bayramınız mübarək olsun!

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar