Xəbər verdiyimiz kimi, Beyləqanda 5 yaşlı Dəniz Tahirli şəkər və təzyiq dərmanları udduğu üçün zəhərlənərək ölüb.
Bakupost.az "ATV”yə istinadən xəbər verir ki, hadisə gecə saatlarında, azyaşlı nəzarətsiz olan zaman baş verib.
Belə ki, 5 yaşlı Dəniz nənəsinin dərmanlarını udaraq zəhərlənib.
Azyaşlının qohumunun sözlərinə görə, hadisədən 15-20 dəqiqə sonra valideynləri Dənizin zəhərləndiyini bilib:
“Bilmədən nənəsinin şəkər dərmanlarını yeyib. Evin kiçik uşağı valideynlərinə deyib ki, bacısı dərman yeyib. Valideynləri onu dərhal xəstəxanaya aparıblar. Yarım saatdan sonra isə uşaq dünyasını dəyişib”.
TƏBİB-dən verilən məlumata görə, 2020-ci il təvəllüdlü azyaşlıya dərman zəhərlənməsi diaqnozu təyin edilib və reanimasiya tədbirləri görülüb. Təəssüf ki, həkimlərin səylərinə baxmayaraq uşağın ölüm faktı qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
Daha ətraflı süjetdə: