Ru
09:29 / 02 İyul 2024

Dənizə və hovuza girərkən linzanı çıxarın - Professordan məsləhətlər

1566

Yay ayları dedikdə ağıla ilk gələn şübhəsiz dəniz və hovuz olur. Ancaq diqqət edilmədikdə suyun sevinci kabusa çevrilə bilər. Bu səbəbdən dənizə və ya hovuza girərkən bəzi ehtiyat tədbirlərinə əməl etmək lazımdır. Çünki yay aylarının bu sərin həzzi sadə zədələrdən dəri xəstəliklərinə qədər bir çox sağlamlıq problemlərinə səbəb ola bilər. Göz sağlamlığı da bunlar arasındadır...


Bəs, dəniz və hovuzun göz sağlamlığına mənfi təsirləri nələrdir?


Bakupost.az xəbər verir ki, türkiyəli mütəxəssis, Səhiyyə Elmləri Universitetinin Oftalmologiya kafedrasının müdiri prof. Dr. Banu Açıkalın bununla bağlı açıqlama verib.





“Hovuzdan və ya dənizdən çıxdıqdan sonra əl və üz təmizlənməlidir”, - deyən həkim bildirib:

“Çünki əllərimizdə və üzümüzdə virus və bakteriya ola bilər. Bunlar gözə daxil olur və infeksiyaya səbəb olur. Bəzi viruslar, xüsusən də adenovirus dediyimiz viruslar gözlərdə ləkələrə səbəb olur və görmə itkisinə gətirib çıxarır.
Hovuzlarda istifadə olunan dezinfeksiyaedici maddələr, xüsusilə xlor göz sağlamlığına mənfi təsir edən mühüm faktordur. Xlor səviyyəsi yüksək olarsa, gözlərdə allergiya yaranar”.


Professor deyib ki, göz sağlamlığını qorumaq üçün üzgüçülük eynəkləri ilə hovuza və ya dənizə girmək lazımdır.


“Suya girərkən mütləq linzalar çıxarılmalıdır. Hovuz və dəniz suyundakı mikroblar, bakteriya və viruslar linzanın strukturuna sızaraq yerləşə bilər. Hətta orada çoxalıb sonra bu gözə keçə bilər. Bu da gözlərdə ciddi infeksiyalara yol açar. Bu səbəbdən kontakt linzalarını çıxarmalıdırlar. Yay aylarında gündəlik birdəfəlik linzalardan istifadə etmək daha sərfəlidir. Allergiyaya səbəb olmadığı və atıldığı üçün yoluxma riski azdır. Bundan başqa, ultrabənövşəyi şüalardan qoruyan günəş eynəklərindən istifadə edilməlidir. Eynəksiz heç vaxt çölə çıxmayın. İstifadə ediləcək günəş eynəkləri təsadüfi olmamalıdır. Üz quruluşuna uyğun geniş çərçivələrin olması və linzaların lazımi testlərdən keçməsi tövsiyə olunur.

Diqqət edilməli olan digər bir məsələ isə yay aylarında mümkün göz problemi zamanı şayiələrə əsaslanan damcı və ya dərman istifadə etməməkdir”.






Aygün
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər