Ru
16:34 / 21 Noyabr 2024

Deputat NATO toplantısı üçün Kanadaya gedir

Deputat NATO toplantısı üçün Kanadaya gedir
Eye

Milli Məclisin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Ramid Namazov Assambleyanın 70-ci illik sessiyasında iştirak etmək üçün noyabrın 22-də Kanadanın Monreal şəhərinə səfər edəcək.

Bakupost.az -ın məlumatına görə sessiya çərçivəsində “NATO-nun inkişaf edən hava və raket hücumundan müdafiə durumu”, “Qərbi Balkanlar: NATO-nun astanasında yeni təhlükəsizlik çağırışları” və digər mövzularda müzakirələr aparılacaq.

Səfər müddətində deputat Ramid Namazovun sessiyada iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri də nəzərdə tutulub.

Səfər noyabrın 28-də başa çatacaq.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar