Milli Məclisin deputatı Qüdrət Həsənquliyev əfvlə bağlı təkliflə çıxış edib.
Bakupost.az xəbər verir ki, o, bu barədə parlamentin plenar iclasında danışıb.
“Prezidentə yalnız məhkumların deyil, həm də istintaq altında olan şəxsləri əfv etməklə məsuliyyətdən azad etmək səlahiyyəti verən qanun qəbul etməyi təklif edirəm”, - o bildirib.
Q.Həsənquliyev, həmçinin çıxışında Azərbaycanın D-8 təşkilatına üzvlüyü məsələsinə də toxunub.
“Dünən böyük D-8 təşkilatına üzv olmağımız münasibətilə xalqımızı təbrik edir və höküməti daha böyük təşkilat olan ÜTT-yə üzv olmaq üçün yubanmadan zəruri qərarlar qəbul etməyə çağırıram”, - deyə deputat bildirib.