Hansı bank etibarlıdır? - SORĞU
Ru
10:50 / 18 Oktyabr 2024

Deputatlar Milli Qəhrəmanın atasının yasına getməyib? - İttihamlara cavab

1142

Azərbaycanın Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov oktyabrın 16-da infarkt keçirib və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.


Mərhum elə həmin gün də dəfn edilib.

Sosial mediada Mübariz İbrahimovun atasının dəfn mərasimindən yayımlanan video və fotolarda deputatların gözə dəyməməsi söz-söhbətlərə səbəb olub. Sosial şəbəkə izləyiciləri seçki ərəfəsində qapı-qapı düşüb şəkil çəkdirməyə şəhid ailəsi axtaran namizədlərin deputat seçiləndən sonra yoxa çıxmalarından narazılıq edib, onları qınayıblar: "Hanı o deputatlar, niyə Milli Qəhrəman ailəsinin yas mərasimində görünmürlər?".

Bakupost.az xəbər verir ki, Modern.az saytının əməkdaşı bu suala cavab almaq üçün İbrahimovlar ailəsinin yaşadığı rayonun - Biləsuvarın deputatları Günay Ağamalı və Bəhruz Məhərrəmovla əlaqə saxlayıb.

65 saylı Salyan - Biləsuvar - Neftçala seçki dairəsinin deputatı Günay Ağamalı bildirib ki, yayılan xəbərlər yanlışdır, o, Ağakərim İbrahimovun dəfn mərasimində iştirak edib:

“Mən Milli Qəhrəman Mübariz İbrahimovun atasının dəfn mərasimində iştirak etmişəm. Bunu ailəsi ilə əlaqə saxlayıb dəqiqləşdirə də bilərsiniz. Mənim dəfn mərasimindən yayılan fotolarda, paylaşımlarda görünməməyim yanlış informasiyaların yayılmasına səbəb ola bilər. Amma mən orada olmuşam və bunu özümə borc bilmişəm. Əvvəla, Mübariz İbrahimov kimi qəhrəmanın atasının dəfn mərasimində iştirak etməmək mümkün deyil.

İkincisi, mənim Ağakərim ata ilə çox xoş və gözəl münasibətim vardı. Təbii ki, bunu özümə borc bilib yas mərasimində iştirak etmişəm. Yayılan məlumatlar kökündən yanlışdır”.

69 saylı Biləsuvar seçki dairəsinin deputatı Bəhruz Məhərrəmov da mərhum Ağakərim İbrahimovun yas mərasimində iştirak etdiyini vurğulayıb:


“Mənim orada olmadığımı kim deyirsə, səhv edir. Ağakərim kişi vəfat etdiyi gün onun yaşadığı ərazi mənim dairəm olmasa da, dəfn mərasiminə gedib iştirak etmişəm. Həmin dairə üzrə deputat da, yerli icra orqanları da, digər aidiyyəti strukturların nümayəndələri də dəfn mərasimində iştirak ediblər”.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar