Bir qrup çinli alim və mühəndis dəqiqədə 450.000 atəş sürətinə malik olan pulemyot hazırladıqlarını açıqlayıb. Tayyuan sənaye mərkəzində istehsal edilən silah beş lülə ilə təchiz oluna bilər. Bu da tərtibatçılarının fikrincə, pulemyota dəqiqədə iki milyon güllə atmağa imkan verir.
Bakupost.az xəbər verir ki, bu barədə "The Defence Post" yazıb.
Müqayisə üçün qeyd edək ki, ABŞ Ordusunun ən qabaqcıl döyüş sistemi olan Phalanx dəqiqədə cəmi 4500 atəş aça bilir.
Əgər çinli ixtiraçıların dediyi doğrudursa, bu silah ölkənin gələcək təhdidlərə qarşı durmaq qabiliyyətini əhəmiyyətli dərəcədə artıra və qabaqcıl silah texnologiyasında əsas oyunçu kimi mövqeyini gücləndirə bilər.
Milyonlarla mərmi atmağa qadir silah üçün əsas problemlərdən biri davamlı sursat ehtiyatını saxlamaqdır.
Bu problemi həll etmək üçün tərtibatçılar birdəfəlik lüləsi olan konteynerəbənzər maqazinlər əlavə ediblər. Boşaldıqdan sonra həmin lülələr konteynerlə birlikdə atıla bilər.
1990-cı illərdə avstraliyalı ixtiraçı Mayk O'Dvayer dəqiqədə bir milyon mərmi atmağa qadir olan 36 lüləli eksperimental silah təklif edib. ABŞ Müdafiə Nazirliyi ixtiraya maraq göstərib, lakin texniki çətinliklərə görə layihə yarımçıq alıb və istehsalçı Metal Storm Inc. şirkəti sonradan müflis olduğunu elan edib.
2006-cı ildə Mayk O'Dvayer ABŞ-nin texnologiya üçün ona 100 milyon dollar təklif etdiyini bildirib.
Zaur,BakuPost