Ru
00:21 / 26 Aprel 2025

"Dərhal imzalanacaq!" - Zelenskiyə çağırış etdi

"Dərhal imzalanacaq!" - Zelenskiyə çağırış etdi
Eye

"Ukrayna ilə ABŞ arasında resurslarla bağlı razılaşmanı təsbit edən sənədlər dərhal imzalanmalıdır".

Bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında yazıb.

"Ukrayna Zelenskinin rəhbərliyi altında ABŞ ilə nadir metallara dair çox mühüm sövdələşmə üzrə yekun sənədləri imzalamayıb. Ən azı üç həftə gecikmə var. Ümid edirəm ki, o, dərhal imzalanacaq", - deyə o bildirib.

Ağ Ev rəhbərinin sözlərinə görə, Rusiya ilə Ukrayna arasında ümumi sülh sazişi üzərində iş rəvan gedir, uğur uzaqda deyil. D.Tramp xüsusi nümayəndəsi Stiven Uitkoffun aprelin 25-də Kremldə Rusiya Prezidenti Vladimi Putinlə yaxşı görüş keçirdiyini də diqqətə çatdırıb.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar