Ru
13:58 / 06 Noyabr 2024

"Dərin dövlət Trampa mane olacaq" - Elxan Şahinoğlu

"Dərin dövlət Trampa mane olacaq" - Elxan Şahinoğlu
Eye

"Donald Tramp yanvarın 20-də aniçmə mərasimindən sonra verdiyi vədləri yerinə yetirməyə başlayacaq. Beynəlxalq aləmin əsas diqqəti Trampın Rusiya-Ukrayna müharibəsini sona çatdırmasıyla bağlı daha əvvəl verdiyi vədi necə yerinə yetirəcəyi ilə bağlıdır".

Bakupost.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, ABŞ-ın dərin dövləti Rusiyanın Ukraynada qələbə qazanmaması üçün çalışır:

"Bu siyasət Ukraynanın ərazi bütövlüyünü təmin etməsə də, hər halda müharibənin Kremli xeyrinə bitməsinə əngəldir. Tramp Ukraynaya hərbi və maliyyə yardımını azaltmaq və ya tamamilə dayandırmaq yolu ilə müharibəni bitirmək istəyirsə, qarşısındakı əsas maneə məhz həmin dərin dövlət olacaq".

Zaur, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar