Hansı bank etibarlıdır? - SORĞU
Ru
16:49 / 20 İyul 2024

Dərman vasitələrinin izləmə sisteminin əsasnaməsi təsdiqləndi

3479
Azərbaycanda dərman vasitələrinin təqib və izləmə sisteminin əsasnaməsi təsdiqlənib.

Bakupost.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Səhiyyə Nazirliyi dərman vasitələrinin təqib və izləmə sisteminin iştirakçılarının həmin sistemə çıxışını təmin edəcək.

Sistemdə toplanılmış fərdi məlumatların işlənilməsinin məqsədi dərman vasitələrinin təqib və izlənilməsi sahəsində effektiv tədbirlərin görülməsidir.

Sistemin formalaşdırılması, aparılması və saxlanılması ilə əlaqədar xərclər dövlət büdcəsindən ayrılan vəsait və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdiriləcək. Sistemdən istifadə ödənişsizdir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar