Ru
09:10 / 27 Yanvar 2025

Dərmandan zəhərlənən kişi xəstəxanada öldü

Dərmandan zəhərlənən kişi xəstəxanada öldü
732

Sumqayıtda dərmandan zəhərlənən 58 yaşlı kişi ölüb.

Bakupost.az verir ki, 1966-cı il təvəllüdlü Ramiz Pirqulu oğlu Piriyev Sumqayıt şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanserində qəbul etdiyi dərman həblərindən zəhərlənib.

O, Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Aparılan müalicə və müayinələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar