Dərsdən gec çıxdığına görə haqlı “üsyan” edən məktəblinin videosu gündəm olub.
Bakupost.az xəbər verir ki, məktəbli Space TV-nin mokrofonuna etirazını bildirib.
“Atam məndən tez gəlir, mən evə gedirəm, görürəm atam yeməyini yeyib, hamı yatıb. Mən evə yatan vaxtı gəlirəm. Mən daha nə təhsil öyrənərəm burada? Biz məktəbdən saat 8-də çıxırıq. Bizim böyük adamlardan nə fərqimiz qaldı?” , - məktəbli gileylənib.
Onun bu açıqlaması sosial şəbəkələrdə maraqla qarşılanıb.
Sözügedən videonu təqdim edirik: