Ru
10:47 / 05 Dekabr 2024

Dərsə gedən müəllimlər qəzaya düşdü - 3 NƏFƏR XƏSARƏT ALDI

Dərsə gedən müəllimlər qəzaya düşdü - 3 NƏFƏR XƏSARƏT ALDI
Eye

Oğuzda baş verən qəzada 3 nəfər xəsarət alıb.

Bakupost.az xəbər verir ki, hadisə rayonun Kərimli kəndi ərazisində qeydə alınıb.

Belə ki, Oğuz rayon sakini, 1963-cü il təvəllüdlü Şahin Qəzənfər oğlu Məmmədovun idarə etdiyi “Hyundai” markalı avtomobil yoldan çıxaraq ağaca dəyib.

Nəticədə sürücü, onun həyat yoldaşı 1963-cü il təvəllüdlü Esmira Fikrət qızı Məmmədova və avtomobildə olan daha bir qadın sərnişin xəsarət alıb.

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Məlumata görə, qəzada xəsarət alan Esmira Məmmədova və avtomobildə olan digər qadın məktəblərin birində müəllim işləyirlər. Qəzanın Şahin Məmmədovun həyat yoldaşını məktəbə apararkən baş verdiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar