Ru
11:40 / 26 Dekabr 2024

“Deyirdi ki, mənimlə fəxr edin” - Hökümənin anası

“Deyirdi ki, mənimlə fəxr edin” - Hökümənin anası
1111

“Hökümənin həlak olduğunu atası dedi. Hökümə 6-cı sinfə qədər Rusiyada oxuyub, Vətəni çox istəyirdi. Sonra Vətənə qayıtdıq, ali təhsil aldı, hüquqşünas oldu”.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, bunu AZAL-ın qəzaya uğrayan təyyarəsinin həlak olan ekipaj üzvü Hökümə Əliyevanın anası, Samux rayon sakini Kəmalə Alıyeva bildirib.

O, Hökümənin 2016-cı ildən AZAL-da çalışdığını deyib: “Hökümə çox gülərüz idi. Əksər ölkələrdə olmuşdu. Hər zaman deyirdi ki, mənimlə fəxr edin. Bir dəfə səfərdən dönəndə dedi ki, az qala təyyarə qəza edəcəkdi… Bu dəfə qəza oldu, qızım xilas ola bilmədi”.

Qeyd edək ki, 1991-ci il təvəllüdlü Hökümə Əliyeva əslən Kəlbəcər rayonundandır. BDU-nun Hüquq fakültəsinin məzunu olub.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar