Ru
14:19 / 12 Mart 2025

"Deyirdilər ki, lazım olan adamları götürəcəyik"- Vüsal Məmmədovu təhqir edən şəxs cəzalandırıldı

"Deyirdilər ki, lazım olan adamları götürəcəyik"- Vüsal Məmmədovu təhqir edən şəxs cəzalandırıldı
Eye

“Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsinin icraçı direktoru Vüsal Məmmədovu sosial şəbəkələrdə təhqir edən şəxs cəzalandırılıb.

Bakupost.az Musavat.com-a istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü Adəm Bağırov özünə məxsus "TikTok" və "Facebook" səhifələrində Vüsal Məmmədovu rüşvətxorluqda, qanunsuzluqda ittiham edərək onun ünvanına nalayiq ifadələr səsləndirib. Adəm Bağırov Naxçıvan səhiyyəsində Vüsal Məmmədovun rəhbərliyi dövründə çoxsaylı qanunsuzluqların olmasını iddia edərək bununla bağlı paylaşımlar edib. O, qardaşına əlilik dərəcəsi ala bilmədiyindən, iş qəzasından sonra ödənilməli olan sığorta ödənişini tam olaraq əldə etmədiyindən bu cür mövqe ortaya qoymağa başlayıb.

Vüsal Məmmədov təhqir edilməsi və böhtanla üzləşməsi ilə bağlı məhkəməyə üz tutaraq Adəm Bağırovun cəzalandırılmasını istəyib.

Məhkəmədə ifadə verən Adəm Bağırov əməlindən peşman olduğunu, Vüsal Məmmədovdan üzr istədiyini deyib. Bildirib ki, Vüsal Məmmədovdan üzbəüz üzr istəməyə cəhd etsə də buna nail ola bilməyib.

A.Bağırov əlavə edib ki, ona Naxçıvan səhiyyəsində baş verənlərlə bağlı anonim nömrələrdən də məlumatlar gəlirmiş: "Deyilirdi ki, sən bunları paylaş, biz nə edəcəyimizi bilirik. Yazırdılar, sonra da nömrələr silinirdi. Mənə deyirdilər ki, müəyyən yazılardan sonra kimi haradan götürəcəklərini bilirlər".

V.Məmmədov məhkəməyə müraciət edərək Adəm Bağırovu bağışlamadığını, ona qanunla nəzərdə tutulmuş cəza verilməsini istəyib.

Məhkəmənin hökmü ilə Adəm Məmmədov barəsində 6 ay azadlığın məhdudlaşdırılası cəzası çıxarılıb. həmçinin 1000 manat cərimə edilib.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar