Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun təşəbbüsü ilə oktyabrın 26-da İsveçin Stohkolm şəhərində “Qarabağ və Qərbi Azərbaycan: Zəfərin təntənəsi” adlı beynəlxalq elmi konfrans keçiriləcək.
Bakupost.az xəbər verir ki, konfransın təşkilatçılığını “International Foundation of World Azerbaijanis” (Sweden), “Congress of Azerbaijanis in Sweden” (Sweden), “Stockholm University” (Sweden), “St Petersburg University” (Russia), St. Petersburg Regional Public Organization və "Azerbaijani National Cultural Center "Chinar" (Russia), Department of Modern Turkic Languages and Literatures- Kafkas University (Türkiyə) və TURKSAN (Türkiyə) təşkilatı öz üzərinə götürüb.
Konfrans elmin bütün sahələrini əhatə edir və elmi məqalələrin son qəbul tarixi 22 oktyabrdır.
Elmi tədbirə türkcə (Azərbaycan, Türkiyə, Qazax, Qırğız, Özbək, Türkmənistan türkcəsi), rus, ingilis, alman və fransız dillərində məqalələr göndərmək olar. Hakimlərin qərar verdiyi təqdirdə digər dillərdə yazılan məqalələr də qəbul edilir.
İngilis dilində yazılmış məqalələrə üstünlük verilir.
Konfrasda iştirak etmək və əlavə informasiya almaq istəyənlər aşağıdakı linkə daxil olmaqla ətraflı məlumat əldə edə bilərlər: