Hansı bank etibarlıdır? - SORĞU
Ru
13:28 / 30 İyul 2024

"DİM imtahanlara spekulyativ müdaxilə edir" - Təhsil eksperti

4290
“Dövlət İmtahan Mərkəzinin bugünkü imtahan mexanizmi Azərbaycan gəncini öz istədiyi ixtisas üzrə təhsil alıb dövlətə və cəmiyyətə fayda vermək imkanından məhrum edir. Bu, çox ciddi məsələdir. DİM cəmiyyətdə təhsilin nəticələrinə birbaşa təsir edə bilən fikirlər yaya, sualların çətinlik səviyyəsini istədiyi vaxt artırıb-azalda bilir. Bu da çox xətalı bir məqamdır”.




Bu fikirləri Bakupost.az -a təhsil eksperti Elşən Qafarov bildirib.

O qeyd edib ki, DİM-in imtahan mexanizmi dəyişməlidir:

“DİM abituriyentlərin təhsil almaq sahəsində hüquqlarını məhdudlaşdırmamalıdır. Suallar abituriyentlərin səviyyəsinə uyğun olmalıdır. Mən düşünürəm ki, 2024-cü ildə tərtib olunmuş suallar qismən abituriyentlərin səviyyəsinə uyğun olduğu üçün nəticələr də əvvəlki illərə nisbətən daha yüksək oldu. Bu, sevindirici haldır. Amma istənilən halda test hazırlamaq səlahiyyəti DİM-dən alınmalıdır. DİM sadəcə, imtahanları keçirən texniki quruma çevrilməlidir. Nə qədər ki, bu proses baş verməyib, biz daim DİM-in nəticələrə spekulyativ müdaxiləsinin şahidi olacağıq”.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar