"Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən demək olar ki, hər il yeni növ imtahanlar təşkil olunur və ümumilikdə, imtahanların sayı artıq əlliyə yaxınlaşır".
Bakupost.az xəbər verir ki, bu sözləri DİM sədri Məleykə Abbaszadə qurumun rəsmi feysbuk hesabındakı paylaşımında qeyd edib.
O bildirib ki, DİM il ərzində hər həftə müxtəlif kontingentə aid şəxslər üçün imtahan keçirir və imtahanlarda iştirakçı sayı bu il 610 min nəfərdən çox olub: "Bu il həmçinin Mərkəzin elektron imtahanlar korpusu istifadəyə verildi və biz kompüterlər vasitəsilə daha çox imtahan keçirməyə müvəffəq olduq. Dövlət İmtahan Mərkəzinin elektron xidmətlərindən istifadə sayı da 12 milyon dəfədən çox olub".
M.Abbaszadə paylaşımında bayram günlərindən sonra imtahan qrafikinin paylaşılacağını vurğulayıb.