Oktyabrın 19-a Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50) TOEFL iBT imtahanı keçiriləcək.
DİM-dən Bakupost.az-a bildirilib ki, iştirakçılar imtahanın başlanmasından bir saat əvvəl şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasının önündə olmalıdırlar.
İmtahan saat 09:00-da başlanır.
Yaşı 15 və daha aşağı olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.
TOEFL iBT imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.