Hansı bank etibarlıdır? - SORĞU
Ru
09:25 / 28 Noyabr 2024

Diqqət! Geomaqnit qasırğası gözlənilir

457
Günəşdə alışmalar hesabına noyabrın 28-29-da Yerdə geomaqnit qasırğası gözlənilir.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından Bakupost.az verilən məlumata görə, Günəş aktivliyinin orta-yüksək səviyyədə qalacağı, M sinif (R1-R2-minor-radiodalğaların yayılmasını zəif əngəlləyə bilən), eləcə də izolə olunmuş X sinif (R3 - güclü) alışmaların ola biləcəyi proqnozlaşdırılır.

Tac dəliklərindən çıxan yüksək sürətli axınların təsiri nəticəsində geoaktivlik və Günəş küləyi parametrləri yüksək səviyyədə olacaq.

Noyabrın 28-də gecə saatlarından başlayaraq 29-u saat 12.00 radələrinədək G1 (mülayim) - G2 (orta) səviyyəli geomaqnit qasırğası gözlənilir. Həmin dövrdə geomaqnit qasırğasının gücünü göstərən Kp əmsalı 10 ballıq şkala ilə 4-6 intervalında olacaq.

Noyabrın 29-u axşam saat 18.00-dan sonra geomaqnit səviyyə normal fon səviyyəsinə düşəcək.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar