ABŞ istehsalı olan “Coca-Cola” və “Pepsi” içkilərinin boykot edilməsinin ən populyar çağırışlardan olduğu bir vaxtda Türkiyə öz “Cola”sını istehsal etməyə başlayıb.
Belə ki, “Diriliş Cola”nın “Coca-Cola”ya alternativ olaraq bazara çıxarıldığı bildirilir.
Bakupost.az -a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Coca-Cola”nın boykot edilməsinin yaxşı hal olduğunu bildirib. Lakin o, Türkiyənin öz “Cola”sını istehsal etməyini dəstəkləmir:
“Türkiyəyə bir çox genetik modifikasiya olunmuş mallar gətirilir. Amerikanın məşhur "Monsanto" şirkətinin Türkiyədə nümayəndəliyi var, dünyanın gemo istehsalçı şirkətidir. Çox təəssüflər olsun ki, əmtəə malları nöqteyi-nəzərindən Türkiyə bazarı da çirklənmiş bir bazardır. Yaxşı olardı ki, Türkiyədə də “Coca-Cola” satılmasın. Lakin nə etmək olar, "Monsanto", "Mс Donalds" kimi şirkətlər hansı ölkədə varsa, oranın böyük vergi ödəyicisinə çevrilirlər. Hakimiyyətlərə isə büdcə üçün pul lazımdır. İnsan sağlamlığına gəıincə, Ümumdünya Səhiyyə Təşkilatının çağırışları da daxil olmaqla, bu barədə deyilənlər qeyri-səmimidir fikirlərdir”.
Vasif
BakuPost