Hansı bank etibarlıdır? - SORĞU
Ru
16:35 / 02 Avqust 2024

Metroseksual kişi erası dünən rəsmən bitdi...

14357























Müşfiq Hüseynov


Yusuf Dikeç 1 saata dünyanın mərkəzinə oturdu. Elə-belə yox, rəsmən oturdu. O dərəcədə oturdu ki, İlon Mask belə reaksiya verdi. Olimpiya çempionluğunun 1 saat danışıldığı mühitdə dünya Yusuf Dikeç fenomeni ilə çalxalanır.


Yusuf komutanım həm də yeni tendesiya yaratdı.

Siz dünyadakı qadınların Yusuf haqqında nələr yazdığını oxudunuz? Oxumadınızsa, oxuyun. Palaz-palaz eşq elanları, ürək sözləri, görüş təklifləri, yemək dəvətləri….

Avtomatik və psixoloji olaraq bütün pazl çözüldü. "Qadınlar necə kişiləri bəyənir və sevir" sualı cavabını tapdı.
Uzun illər dünyaya sırılan qaşları alınmış, dırnaqları pedikürlü, əzələ kütləsindən ibarət, bədəni lazerlənmiş metroseksual kişi erası dünən rəsmən bitdi.

Bütün kişi kimi kişilərin gözü aydın.


Yeni dəb başladı.

Natural bədənli, özündən əmin, tək əzələ kütləsindən deyil, həm də cəsarət, iradə, təmkin və ağıldan ibarət bir kişi obrazı. Dünyanın mənfi və ədalətsiz gedişatına tüpürəcək qədər rahat, əli cibində.

Yusuf komutanım Olimpiada kimi idman bayramının açılışını geyparada çevirən, qadın boksçuya qarşı trans çıxardıb, onu rəsmən döydürən siyasətə f**k you all mesajı göndərdi. Bizim dildə .... sizin olimpiadanıza da, özünüzə də!

Gənclər, bilmirəm aldınızmı mesajı?

Məncə, "qadınlar kimlərdən xoşlanır" sualının cavabı artıq bəllidir! İmkan, maşın, iş-güc, sosial mövqe ancaq bunlardan sonra gəlir.



Qaldı qadınları normala qaytaracaq dəb.

Bir gün biri çıxıb gənc xanımlara "kişilər silikon dodaq, süni sinə, yekə arxa, tatu qaş, taxma kirpik, uzun dırnaq və yamaq saçlardan yox, ağıllı və qadın kimi qadınlardan xoşlanır" fikrini aşılasa hər şey normala dönəcək. Çünki hər şey - sərvət, cehiz, pul-para bundan sonra gəlir.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar