Hansı bank etibarlıdır? - SORĞU
Ru
13:24 / 01 Noyabr 2024

“Distant təhsil qiyabidən daha sərfəlidir" - Ekspert

2059
“Bu gün dünyanın bir çox inkişaf etmiş ölkələrinin universitetlərində distant təhsil tətbiq olunur. Azərbaycandan xaricə gedən gənclər arasında distant təhsil alan kifayət qədər tələbələrimiz var. Ancaq bizdə nədənsə distant təhsilin tətbiqi məsələsi gecikir. Pandemiya dövründə distant təhsilin tətbiqi ilə bağlı bir sıra çətinliklər yaşadıq. Çünki ölkənin təhsil sistemi buna hazır deyildi. Ən böyük çətinliklərlə isə universitetlər üzləşdilər. Yalnız müəyyən universitetlər var idi ki, onlarda distant təhsil ənənəsi mövcud idi və bir baza var idi. Ancaq onlar bu işin öhdəsindən gələ bilirlər. Bütün bunlar onu deməyə əsas verir ki, distant təhsil mütləq ölkəmizdə yaradılmalıdır. Bu istiqamətdə təhsil alanların diplomları da tanınmalıdır”.


Bunu Bakupost.az -a təhsil eksperti Elçin Əfəndi deyib.

O vurğulayıb ki, distant təhsil qiyabidən daha üstündür. Bu səbəbdən magistratura səviyyəsini daha çox bu formada təşkil etmək lazımdır:

“Magistratura üzrə oxumaq istəyən şəxslər, əsasən, əmək fəaliyyəti ilə məşğul olurlar. Onlar üçün ən uyğun təhsil forması qiyabi formadır. Amma distant təhsil qiyabidən daha çox sərfəli və səmərəli təhsil formasıdır. Düşünürəm ki, ümumiyyətlə, bu formanı təsdiq etmək və magistratura təhsilini yalnız əyani deyil, daha çox distant formada təşkil etmək lazımdır. Belə olan halda maraq da artar və insanlar üçün də əlçatan olar. Təbii ki, əgər biz distant təhsilə keçiriksə, o zaman mütləq güclü nəzarət mexanizmi yaradılmaldır ki, şəffaflıq təmin olunsun. Bunun üçün mütləq bir nəzarət tətbiq olunmaldır. Belə də heç kəs diplomunun tanınması ilə bağlı saxtalığa əl atmaz”.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar