Ru
21:58 / 29 Mart 2025

Dmanisidən Tiflisə yürüş başladı: Yeni seçki tələbi

Dmanisidən Tiflisə yürüş başladı: Yeni seçki tələbi
Eye

Gürcüstanın şərqindəki Dmanisi şəhərinin sakinləri növbədənkənar parlament seçkiləri və siyasi məhbusların azad edilməsi tələbi ilə Tiflisə doğru yürüşə başlayıblar.

Bakupost.az Axar.az-a istinadən xəbər verir ki, martın 29-u səhər saatlarında təxminən iyirmi nəfər Dmanisidən yürüşə çıxıb. Onlar 2 gün ərzində 100 kilometr məsafə qət etməyi və martın 31-də sabiq prezident Salome Zurabişvilinin elan etdiyi parlament önündəki aksiyaya qoşulmağı planlaşdırırlar.

Mitinq Gürcüstanın müstəqilliyinin bərpası ilə bağlı referendumun 31-ci ildönümünə təsadüf edir.

Marşrut Bolnisi, Marneuli, Tetritskaro, Tsalka, Qardabani, Rustavi və onlarla kənddən keçir və yürüş iştirakçıları yerli sakinləri qoşulmağa çağıracaqlar. Yol boyu dörd mitinq planlaşdırılır.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar