Ru
15:26 / 07 Mart 2025

Doğuş qadınlarda psixi pozğunluq riskini azaldır - Yeni tədqiqat

Doğuş qadınlarda psixi pozğunluq riskini azaldır - Yeni tədqiqat
Eye

Suçjou Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, uşaq dünyaya gətirən qadınların bipolyar pozğunluqdan və ağır depressiyadan əziyyət çəkmə ehtimalı azdır. Bu xəstəliklərin ən aşağı riski iki uşağı olan qadınlarda qeydə alınır.

Bakupost.az xəbər verir ki, tədqiqatla bağlı material Journal of Affective Disorders (JAD) jurnalında dərc olunub.

Alimlər Britaniya Biobankından 55 mindən çox qadının məlumatlarını təhlil ediblər. Onlar aşkar ediblər ki, ən azı bir uşaq dünyaya gətirmiş qadınların psixi pozğunluqlara məruz qalma ehtimalı heç vaxt doğuş etməyənlərə nisbətən təxminən 30% azdır.

Ən bariz qoruyucu təsir iki uşağı olan qadınlarda müşahidə edilib. Lakin doğuşların sayı artdıqca bu tendensiya özünü daha az büruzə verib və bəzi hallarda psixi xəstəlik riski hətta bir qədər də artıb.

Arzu,BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar