Ru
18:05 / 13 Yanvar 2025

Dollar son iki ildə ən yüksək səviyyəyə qalxdı

Dollar son iki ildə ən yüksək səviyyəyə qalxdı
933


Bu gün dolların məzənnəsi əsas dünya valyutalarına nisbətdə son iki ilin maksimumuna çatıb.

Bakupost.az -ın Financial Times-a istinadən məlumatına görə, dollar indeksi 2022-ci il 10 noyabr tarixindən bəri ilk dəfə 110 baldan yuxarı olub.

Artımın əsas səbəbi ABŞ-da məşğulluqla bağlı məlumatların dərc edilməsi olub. Yeni iş yerlərinin sayı analitiklərin gözləntilərini üstələyib ki, bu da Federal Ehtiyat Sistemini (FED) faiz dərəcələrini yavaşlatmağa vadar edə bilər.

Bundan əlavə, dollar avroya və İngiltərə funtuna nisbətdə son iki ilin zirvəsinə çatıb. Bu proses ABŞ-da Donald Trampın prezident seçkilərində qalib gəlməsindən sonra başlayıb. Bazar gözləyir ki, siyasətçi vəd edilən ixrac rüsumlarını tətbiq etməyə və vergiləri azaltmağa başlayacaq ki, bu da inflyasiyanı sürətləndirəcək və nəticədə faiz dərəcələrinin azalması dayanacaq.

Lalə, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar