Ru
09:28 / 04 Yanvar 2025

Donald Trampa inaqurasiyadan əvvəl hökm oxunacaq

Donald Trampa inaqurasiyadan əvvəl hökm oxunacaq
1412

ABŞ-nin seçilmiş prezidenti Donald Trampın "Trump Organization" şirkətinin maliyyə sənədlərinin saxtalaşdırılması və pornoaktrisa Stormi Denielsə pul ödənilməsi ilə bağlı işi üzrə hökm yanvarın 10-da çıxarılacaq.

Bakupost.az Oxu.Az-a istinadən xəbər verir ki, müvafiq sənəd yanvarın 3-də Nyu-York məhkəməsinin elektron bazasında dərc edilib.

"Cavabdeh 10 yanvar 2025-ci il tarixində hökmün çıxarılması üçün məhkəmə qarşısında durmalıdır", - sənəddə qeyd olunur.

Trampın məhkəmədə ya şəxsən, ya da onlayn iştirak edə biləcəyi bildirilir. Sənəddə qeyd olunub ki, hökmün Trampın yanvarın 20-də andiçmə mərasimindən əvvəl çıxarılması qərarı təqsirləndirilən şəxsin andiçmədən sonra prezident toxunulmazlığı əldə edəcəyi ilə əlaqədardır.

Əvvəllər, dekabrın 16-da Nyu-York məhkəməsi Trampın Stormi Denielslə əlaqədar işi üzrə ittiham hökmünü ləğv etməkdən imtina etmişdi. Seçilmiş prezidentin vəkilləri işin qanunsuz olduğunu bildirərək, onun açılmamalı olduğunu qeyd etmişdilər. Onlar, həmçinin, məhkəmədən araşdırmanı dərhal dayandırmağı tələb etmişdilər.

Bundan əvvəl, dekabrın 4-də Tramp Ağ Ev rəhbəri Co Baydenin oğlu Hanter Baydeni əfv etməsi qərarına istinad edərək, Nyu-York məhkəməsindən Stormi Denielslə bağlı işini dayandırmağı tələb etmişdi.

İttihamın versiyasına görə, Tramp 2006-cı ildə pornoaktrisa Stormi Denielslə intim əlaqədə olub və 2016-cı ildə onun vəkili Maykl Koen məxfilik razılaşması müqabilində 130 min dollar ödəyib. Prezident seçildikdən sonra Tramp Koenin maliyyə xərclərini hüquqi xidmətlər ödənişi adı altında maskalayaraq kompensasiya edib. Çeklər üzrə ümumi məbləğ 420 min dollar təşkil edib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar