“Toyuq, balıq, ət və s. kimi riskli qidaların daşınması, saxlanması, emal prosesi, isidilməsi və təqdimatında qida təhlükəsizliyi başda durur. Bu iş qida təhlükəsizliyi qaydalarına uyğun olaraq tənzimlənməlidir. Görünən odur ki, burada toyuqda mikrobioloji çirklənmə gedib və ətə qurd düşüb. Bu da təbii ki, məhsulun düzgün şərtlər altında mühafizə olunmamasının göstəricisidir”.
Bunu Bakupost.az -a Bakıda qrilin içindən qurd çıxması məsələsinə münasibət bildirərkən qida texnoloqu Ağa Salamov deyib.
Onun sözlərinə görə, təəssüf ki, açıq havada fəaliyyət göstərən dönərxana, qril yerləri və təndirxanalarda qida təhlükəsizliyi sistemi formalaşmayıb:
"Burada sahibkar özü maraqlı olmalı, araşdırma aparmalıdır. Onun qida təhlükəsizliyindən anlayışı olmalıdır. İSO 22000 HASB sistemi təlimlərini tam şəkildə öyrənməlidir. Çünki bunlar ictimai iaşə müəssisəsi işlədirlər və burada da mövzu qidadır, insan sağlamlığıdır. İnsan sağlamlığı üçün də qida təhlükəsizliyi sistemi və təlimləri başda gəlir. Sahibkarlar bu barədə ciddi şəkildə düşünməlidirlər”.
Sevinc,
BakuPost